Azərbaycanda 23 nəfəri gün vurub
10-07-2023, 16:29
6 456

Azərbaycanda 23 nəfəri gün vurub

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
Bu barədə TƏBİB məlumat yayıb.
Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.

Oxşar xəbərlər