
Cəmiyyət
11-07-2023, 09:56
452
Qubada Səməd Vurğun adına park zibilxanaya çevrildi
Xezerxeber.az-ın məlumatına görə, küçə itlərinin məkanına çevrilən bu parkın baxımsızlığı, ətrafdan gələn üfunət sakinləri narahat edir.
Onlar sözügedən park ərazisinin kəndin mərkəzi sayıldığını bildiriblər.
Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin bunun nəticəsiz qaldığını bildiriblər.
Problemə münasibət bildirən İsnovqışlaq kənd bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov iddia edib ki, sakinlər özləri zibilləri ətrafa atırlar.
“Buna baxmayaraq, ərazidə təmizlik işləri aparılcaq”,- deyə bələdiyyə sədri vurğulayıb.
Daha ətraflı süjetdə: