Özünə qəsd edən əsgər bu universitetin məzunu imiş
11-07-2023, 10:09
459

Özünə qəsd edən əsgər bu universitetin məzunu imiş

Dünən Naxçıvanda odlu silahdan atəş açmaqla özünə qəsd edən sərhədçi Bəkiyev Kənan Seymur oğlu Azərbaycan Texniki Universitetinin məzunu olub. 
Bu barədə hərbçinin anası bildirib. O, oğlu ilə hadisədən bir gün əvvəl danışdığını deyib: "Onun arzuları var idi. İntihar xəbərini görüb havalanıram. Mənim oğlum özünə qəsd edəsi oğul deyildi. Hərbi xidmətə ali savadlı, sağlam övlad göndərmişdim". 
Culfa rayonunun Gülüstan kəndində xidmət edən 22 yaşlı K.Bəkiyev dünən Hövsan qəsəbəsində dəfn olunub. 
  • Özünə qəsd edən əsgər bu universitetin məzunu imiş - FOTO

Oxşar xəbərlər