BNA-dan dayanacaqlarda avtomobil saxlayanlara XƏBƏRDARLIQ
11-07-2023, 10:12
455

BNA-dan dayanacaqlarda avtomobil saxlayanlara XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi avtobus dayanacaqlarında avtomobil saxlayanlara xəbərdarlıq edib.
Qurumun məlumatına görə, “Yol hərəkəti haqqında" qanuna əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 yol nişanına 15 metrdən az yaxınlıqda avtomobillərin dayanma və durması qadağandır.
“Dayanacaq məntəqələrində avtomobilləri park etmək, xüsusən avtobusların dayanacağa yan alması və sərnişinlərin minib-düşməsinə ciddi şəkildə əngəl yaradır.
Qeyd edək ki, bu xətalar qanunverciliklə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməyinizi xahiş edirik”, - deyə məlumatda qeyd olunur. 

Oxşar xəbərlər