Cəmiyyət
11-07-2023, 10:19
443
32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb
Analitik Ekspertiza Mərkəzi 01.06.2023-30.06.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.