Yeddi min sakinin ümidini bağladığı, həkimdən-dərmandan xəbərsiz tibb məntəqəsi
11-07-2023, 12:27
979

Yeddi min sakinin ümidini bağladığı, həkimdən-dərmandan xəbərsiz tibb məntəqəsi

Kürdəmirin Şüşün kəndinin tibb məntəqəsi qəzalı vəziyyətdədir. Bu binada nə həkim var, nə də dərman.
“Həyat yoldaşım xəstələnmişdi. Əlacsızlıqdan onu şəhərə apardıq. Burada bizə yardım edən həkim tapmadıq”, - deyə kənd sakini bildirib.
Qeyd edək ki, sözügedən tibb məntəqəsi 20 il əvvəl istifadəyə verilib. Hazırda isə 5 kəndin 7 mindən çox əhalisinə xidmət göstərilməsi nəzərdə tutulan tibb ocağı ilan, qurbağa yuvasına çevrilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Oxşar xəbərlər