Cəmiyyət
11-07-2023, 13:46
1 102
Aygün və Namiq yenidən sevgilidir?
Lent.az-ın məlumatına görə, illər əvvəl oxuduqları mahnıları yenidən səsləndirən cütlüyün arasındakı buzlar əriyib. Əvvəllər səhnəyə çox az hallarda birlikdə çıxan Aygün və Namiq cütlüyünün arasında gərginlik hiss olunsa da, indi onların bir- birlərinə sevgi ilə baxmaları izləyicilərinin müxtəlif şərhlərinə səbəb olub. Onlar Namiqlə Aygünün yenidən köhnə sevgi münasibətlərini bərpa etdiklərini yazır, yazmaqla da qalmayıb bunu arzu etdiklərini deyirlər.
Diva və meyxanaçının "Bağlanıram", "Sevirəm" duetləri TikTok-da da trend olub.
Keçmiş sevgililər hələlik səsləndirilən iddiaları cavabsız buraxaraq köhnə nəğmələrə ikinci baharı yaşatmaqla məşğuldur.
Xatırladaq ki, bir neçə il öncə birlikdə olan cütlüyün münasibətləri Namiq Qaraçuxurlunun ailə qurması ilə başa çatmışdı.

_1689064695.jpg)