Azərbaycanda bir ayda 17 nəfəri ilan sancıb
12-07-2023, 16:10
6 426

Azərbaycanda bir ayda 17 nəfəri ilan sancıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə iyun ayı ərzində ilan sancması səbəbilə müraciət edənlərin sayı açıqlanıb.
TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, iyun ayı ərzində 17 nəfəri ilan sancıb.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Oxşar xəbərlər