ABŞ dövlət katibi İlham Əliyevə zəng ETDİ
13-07-2023, 09:51
675

ABŞ dövlət katibi İlham Əliyevə zəng ETDİ

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. 
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, onlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını müzakirə ediblər. Blinken hər iki tərəfin davamlı və ləyaqətli sülhə dair danışıqlarda müsbət sürəti davam etdirməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər