
Cəmiyyət
14-07-2023, 09:48
853
Röya: “Oğluma söz vermişəm ki, ikinci dəfə ana olmayacam”
Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.
İkinci dəfə hamilə qaldığını yuxusunda görən sənətçi qorxudan ayılaraq ağladığını bildirib:
“O qədər beynimə salıb “yox” demişəm ki, bir dəfə yuxuda da ikicanlı və yekə qarnımın olduğunu gördüm. Yuxuda ağlayıb deyirdim ki, mən oğluma söz vermişəm, hamilə ola bilmərəm. Axı necə oldu ki, ərə getdim? Yuxudan ayılıb ağladım. Həyatımda da başa düşürəm ki, oğlum Hüseyn mənim üçün təkdir. Qızımın olmasını heç istəmərəm. Lazım deyil”.