Azərbaycan 3 vətəndaşının qaytarılmasını tələb edir
17-12-2020, 12:05
223

Azərbaycan 3 vətəndaşının qaytarılmasını tələb edir

“Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcək. Dediyim kimi, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. 
“Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”, - deyə o vurğulayıb. (Azərtac)

Oxşar xəbərlər