Uşağını zibilliyə atan ana həbs oluna bilərmi? - Vəkildən açıqlama
18-07-2023, 12:13
2 347

Uşağını zibilliyə atan ana həbs oluna bilərmi? - Vəkildən açıqlama

"15 günlük uşağını zibilliyə atan ana valideynlik hüququndan məhrum edilməlidir". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov zibilliyə atılan 15 günlük uşağın anasından danışarkən deyib. 

Vəkil baş verən hadisəni intihara cəhd kimi qiymətləndirib: 


"Ana həbs oluna bilər. Fakitiki olaraq dünyaya gətirdiyi uşağı öldürməyə cəhd edib. Burada başqa bir məqam var, əgər sübut olunsa ki, ananın ağılı başında olmayıb, o zaman məsuliyyətdən azad oluna bilər. Qadınların əksəriyyəti dünyaya təzə uşaq gətirəndə özlərində olmurlar”. 

Qeyd edək ki, Bakıda 10-15 günlük körpə küçəyə atılıb. Sabunçu rayonu, Tatarski  küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük uşaq aşakar edilib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin apardığı araşdırma zamanı körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilib. 

Oxşar xəbərlər