“Riyaziyyatı yaxşı bilən pul qazanır” - Tanınmış aktrisa
18-07-2023, 14:50
7 507

“Riyaziyyatı yaxşı bilən pul qazanır” - Tanınmış aktrisa

"Bəziləri həm aparıcılıq, həm müğənnilik, həm aşpazlıq, həm də aktyorluq edir. Hamısını da yarımçıq edir. İnsanlar elə düşünür ki, müğənnilər çox pul qazanır. Çoxu çörəyinin arxasınca gedir. Ona görə də hamı müğənniliyə can atır". 
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə "Gündən-günə" verilişində deyib. O bildirib ki, indi bir çoxları pula gözə şou-biznesə qaçır:
"Çoxu məşhurluğun arxasınca, çoxu da pulun dalıyca gedir. Gözəl işdə işləyən, riyaziyyatı yaxşı bilən pul qazanır. Amma gəlir ki, mənə serialda balaca obraza çağırın, məni görsünlər. Sənin gözəl peşən var, bu istək nədir? Qayıdır ki, serialda baş rol versəydilər, ofisdə çürüməzdim". 
"Problem həmin insanları çəkib, efirə çıxaranlardadır" deyə, Aydanın aktyor həyat yoldaşı İbrahim Çingiz bildirib. 

Oxşar xəbərlər