Cəmiyyət
19-07-2023, 12:26
8 092
Körpənin sağlamlığı üçün doğumda yaş həddi 32-dir
Macarıstanın Semmelweis Universitetinin araşdırmasına görə qadınlarda doğuş üçün ən təhlükəsiz yaş həddi 23-32-dir.
Türkiyə mediası xəbər verir ki, tədqiqatçılar ananın yaşı artdıqca körpələrdə Daun sindromu, ürək xəstəlikləri, dodaq və damaq yarığı kimi problemlərin ola biləcəyini bildiriblər.
Beləki, alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını araşdırıblar. Ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasındakı əlaqəni araşdıran alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal zaman olduğunu müəyyən ediblər.
Gənc yaşda ana olan qadınların övladlarında sadalanan risklər yüzdə 9 olaraq rast gəlinib. 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqləyib. Lakin qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur. Araşdırmanın nəticələri “BJOG” elmi jurnalında dərc olunub.