SON DƏQİQƏ: Azərbaycanda daha 2 yüksək vəzifəli general işdən çıxarıldı - FOTO
19-07-2023, 13:41
8 006

SON DƏQİQƏ: Azərbaycanda daha 2 yüksək vəzifəli general işdən çıxarıldı - FOTO

Müdafiə Nazirliyinin daha iki generalı vəzifələrindən azad edilib.  

 
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev bir müddət əvvəl tutduğu vəzifəsindən azad olunub.  

Rasim Babayev daha əvvəl Nazirliyin Təşkilat Səfərbərlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib. O, korpus komandiri, general-mayor Münasib Babayevin yaxın qohumudur. İddialara görə, generalın işdən azad olunmasına səbəb 142 nəfər zabitin ev məsələsi ilə bağlı şikayəti olub. 

Bundan başqa Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov da tutduğu vəzifəsindən azad edilib.  

İddialara görə, Qədir Nəsibov Nəcməddin Sadıkovla qohumluq əlaqələrindən istifadə edərək bu vəzifəyə təyin olunub. 

Xatırladaq ki, Q.Nəsibov daha əvvəl Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində birinci müavin vəzifəsində işləyib. O, 2022-ci ilin iyun ayında həmin vəzifədən azad edilərək, İnspektorlar qrupunun üzvü kimi fəaliyyətini davam etdirib.   

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov da bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. 

Rasim Babayev və Qədir Nəsibovun Elxan İbrahimovla birgə  Badamdar qəsəbəsində hərbi hissənin ərazisini zəbt edərək, qeyri-qanuni şəkildə özəlləşdirilməsi xəbəri də generallarla bağlı iddialar arasındadır. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.



Oxşar xəbərlər