Natəvanla bağlı maraqlı açıqlama: “Ondan küsmüşdüm, danışdırmırdım...”
21-07-2023, 11:18
2 455

Natəvanla bağlı maraqlı açıqlama: “Ondan küsmüşdüm, danışdırmırdım...”

Tanınmış stilist Samiraldo (Samir Əliyev) ötən gün vəfat edən aparıcı Natəvan Babayevadan danışıb. 
Onunla bağlı xatirələrindən danışan stilist teleaparıcının dürüst insan olduğunu bildirib: 
“Gözəl və səmimi insan Natəvan Babayeva xərçəng xəstəliyindən dünyasını dəyişdi. Çox üzücü xəbərdir. O gözəl xanım və ana idi. 2011-ci ildə Vahid Mustafayev yanıma göndərdi. Dedi ki, mövsümün açılışına imicini dəyişmək lazımdır. Mən də böyük məmnuniyyətlə onunla işlədim. Ona deyirdim ki, ANS-də ən gözəl aparıcılardan biri sizsiniz. Onun saçının rəngini ilk açan və dəyişən mən olmuşam”. 
Günlərin bir günü Natəvan mənə zəng elədi. Sual verdi ki, siz haradasınız? Cavab verdim ki, işdəyəm. Söylədi ki, işim var, sizi görmək istəyirəm. Dedim ki, nə zaman istəyirsiniz gəlin, işdəyəm. İşimə gəldi və gördüm ki, ovucunun içində pul var. Dedi ki, maaş almışam bunu sənə verirəm. Saçımı rəngini və imicimi dəyişdiyinə görə. Onun bu hərəkəti mənə toxundu. Söylədim ki, yox bunu ANS ödəyib. Söylədi ki, mən də öz adımdan istəyirəm sizə nə isə ödəyim". 
Bu hərəkətindən sonra Samiraldo bir müddət Natəvanı danışdırmadığını da etiraf edib:
"Dedim ki, düzgün deyil, siz maaş almısınız bunu mənə verirsiniz. Onu yola saldım. Amma gördüm ki, həmin pul stolumun üstündə idi. Bir müddət Natəvanı bu hərəkətinə görə, danışdırmadım. Sonra ANS-dən mənə zəng elədilər ki, Natəvanı qəbul elə. Onu yenə qəbul etdim. 
O insanı belə dürüst, gözəl, stilistlərə qiymət verən insan kimi tanımışam. Allah ona rəhmət eləsin. Natəvan xanımın 14 yaşında oğlu var. O, oğlu ilə yanıma gəlirdi. Həyat budur, bu gün varsan sabah yoxsan”. 
Həmin görüntüləri təqdim edirik: 

Oxşar xəbərlər