Cəmiyyət
24-07-2023, 17:14
8 193
İkinci əl mağazaya gətirilən çantadan külli miqdarda pul çıxdı
Belçikada ikinci əl mağazasına gətirilən qadın çantasından 23 min avroya yaxın pul tapılıb.
Xarici mətbuat xəbər verir ki, çanta Belçikanın şərqindəki Limburq bölgəsindəki Maasland şəhərində yerləşən ikinci əl mağazasına gətirilib.
Pulları işlənmiş əşyaların yenidən satışa yararlı olub-olmadığını araşdıran Miçel Vatzel tapıb.
"Bura gələn 10 çantadan 9-u boş olur. Amma bu çanta 50 avrodan 500 avroya qədər əskinaslarla dolu idi. Gözlərimə inana bilmədim. Əvvəlcə saxta pul ola biləcəyini düşündüm. Ümumi məbləğin 22 min 650 avro olduğunu müəyyən etdik. Mən həyatımda belə böyük məbləğdə nağd pul görməmişdim", - Vatzel bildirib.
Pulun kimə məxsus olduğu hələ müəyyən edilməyib.
Maasland polisi pullarla bağlı hələlik müraciət edilmədiyini açıqlayıb.