Cəmiyyət
26-07-2023, 16:32
7 903
Azərbaycandan Rusiyaya göndərilmiş 61 ton bitki məhsulu sərhəddə saxlanılıb
Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb.
Report xəbər verir ki, "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması halları aşkarlayıb.
Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi müəyyən edilib.