Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu
18-12-2020, 11:47
150

Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu

“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələlər səsverməyə çıxaraq”, - o bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dekabrın 17-də komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.

Oxşar xəbərlər