Xəzər dənizində kompleks ekoloji tədqiqatlar keçirilib
1-08-2023, 12:50
1 662

Xəzər dənizində kompleks ekoloji tədqiqatlar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən növbəti kompleks ekoloji monitorinqlər başa çatıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı Xəzər dənizinin Muxtadır, Quba, Siyəzən, Giləzi, Cənub-Şərqi Qoltuq, Şimal-Şərqi Qoltuq, Lənkəran, Kür dili  və Şahağacı kəsimlərində dənizin hidrobioloji vəziyyəti təhlil edilib, su, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.








Oxşar xəbərlər