Qıza görə dava bıçaqlanma ilə bitdi
1-08-2023, 12:57
1 642

Qıza görə dava bıçaqlanma ilə bitdi

Qax rayonunda qıza görə dava düşüb.
Orxan Qəhrəmanov və Ruslan Ramazanov dalaşıblar. Nəticədə R.Ramazanov O.Qəhrəmanovu bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza verilən məlumata görə, Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub:
“O.Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır”.

Oxşar xəbərlər