Pənah Hüseyn Surət Hüseynovdan yazdı
1-08-2023, 14:32
1 625

Pənah Hüseyn Surət Hüseynovdan yazdı

“Çox yaxın qohumumun vəfatı ilə bağlı kədimizdə yas mərasimindəyəm. KİV- dən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, mənim adətim deyil. Və bu statusu məcburiyyətdən yazıram”.
Bunu Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.
“Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə, pis danışmaq uyğun sayılmır. Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada  düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub  və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın” – deyə P. Hüseyn qeyd edib.

Oxşar xəbərlər