Müəllimlərin vakansiya seçimi mərhələsi: Nəticələr elan edildi
1-08-2023, 16:02
6 958

Müəllimlərin vakansiya seçimi mərhələsi: Nəticələr elan edildi

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Oxşar xəbərlər