Cəmiyyət
2-08-2023, 12:56
1 293
Alimlər hansı insanların daha tez qocaldığını açıqladı
ABŞ-ın Duke Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmaya əsasən antisosial davranışa meylli insanlar daha tez qocalır.
Xarici media xəbər verir ki, bu barədə “Journal of Environmental Research and Public Health” jurnalında dərc olunan məqalədə deyilir.
Belə ki, alimlər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər doğulmuş 45 yaşlarında tibbi və psixoloji müayinədən keçmiş 1037 nəfər üzərində araşdırma aparıblar.
Məlum olub ki, antisosial davranış tarixi olan iştirakçıların bioloji qocalması əhəmiyyətli dərəcədə sürətlənib. Tədqiqat hesabatına görə, 45 yaşında antisosial davranışa sahib olanlar digərlərindən orta hesabla 4,3 dəfə yaşlı idilər.
Qeyd edək ki, antisosial olmaq psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına etinasızlıq göstərən, çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən (aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan) davranışlardır.