Bacısını bir yumruqla öldürdü - BAKIDA DƏHŞƏT
2-08-2023, 14:03
1 243

Bacısını bir yumruqla öldürdü - BAKIDA DƏHŞƏT

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı, 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 
Araşdırma aparılır.

Oxşar xəbərlər