Əsla sevgili olmamalı BÜRCLƏR - Çətin tərəf müqabilləri
7-08-2023, 14:07
1 195

Əsla sevgili olmamalı BÜRCLƏR - Çətin tərəf müqabilləri

Sevgi insan həyatında mühüm yer tutsa da, bəzi bürclər var ki, onların adı əsla sevgi ilə bir arada çəkilmir. Çünki bu şəxslər üçün sevgi heç bir anlam daşımır.

Astroloqlar bu dəfə çətin xarakterə malik olan, habelə sevgi məsələlərində öz sərtliyini nümayiş etdirən bürcləri araşdırıb:
Oxatan
Onlar heç vaxt mühitini pozmaq istəmir. Oxatanla birlikdə yaşamaq və ya evlənmək fikriniz varsa, heç vaxt özü yaxınlaşma üçün ilk addımı atmaz. Sizdən onların mühitinə uyğunlaşmanı gözləyərlər. Rahatlıqlarının pozulduğunu hiss etsələr, irəliyə doğru bir addım da atmazlar.
Əkizlər
Münasibətlərdə işlər ciddiləşəndə enerjisi az olan insana çevrilir. Qarşı tərəfin asanlıqla edə biləcəyi işlə məşğul olduqda bezdiklərini deyirlər. Onlar hər şeyi sizdən gözləyəcəklər. Hətta oturduqları yerdən durmamaq, yeməyi kiminsə qabaqlarına qoymasını arzu edirlər. Əkizlər həyatın reallıqlarını qəbul etməkdən yayınırlar.
Şir
Şirlər, xüsusilə, münasibətlərdə çox eqoist ola bilər. Onlar həmişə dediklərinin yerinə yetirilməsini və həyatın öz ətrafında dönməsini istəyir. Bu vəziyyət bir müddət sonra qarşı tərəf üçün dözülməz hala gələ bilər. Şir bütün diqqətin üzərində olmağını istəyir. Siz bilmədən də diqqəti cəlb etmək üçün əlindən gələni edir. Onların bu münasibəti bir müddət sonra sizi narahat edə bilər.
Qoç
Qoçlar zaman-zaman əsəbi və qəzəbli ola bilən tipdir. Bu bürcdən olan insanlar qəfil qəzəb püskürə bilər. Onunla münasibətdə hər an özünüzü mübahisənin ortasında tapa bilərsiniz. Qoçlar mübahisədən sonra həmişə sizdən uzaqlaşacaq və xudpəsəndlik edib geri qayıtmayacaq. Bu cür münasibət sakit münasibət qurmağınıza mane olur.

Oxşar xəbərlər