Sumqayıtda 16 nəfəri gün vurub
10-08-2023, 14:45
6 624

Sumqayıtda 16 nəfəri gün vurub

Sumqayıt şəhərində 2023-cü il iyul ayında 16 nəfər günvurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb. Bildirilib ki, 15 nəfər Sumqayıt, 1 nəfər isə Novxanı kəndi ərazisindən müraciət edib.
Onlardan 8-i qadın, 8-i kişi olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Oxşar xəbərlər