Cəmiyyət
11-08-2023, 14:40
7 855
Bu avtobusların hərəkət sxemi dəyişdirilir
12 avqust saat 22:00-dan 13 avqust saat 06:00-dək Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində yolun hərəkət hissəsində yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacağından yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (102, 130, 155 №-li) fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.
Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.