Akif İslamzadə: “Bu böyük diqqət məni kövrəltdi”
14-08-2023, 17:10
6 301

Akif İslamzadə: “Bu böyük diqqət məni kövrəltdi”

Xəbər verdiyimiz kimi Azərbaycan  Prezidentinin sərəncamı ilə Akif İslamzadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Bu münasibətlə ürək sözlərini söyləyən sənətkar təltifdən xəbərsiz olduğunu, eşidərkən çox təəccübləndiyini bildirib.
“İlk hiss etdiyim duyğu təəccüb oldu. Uzun illərdir oxumuram. Amma buna baxmayaraq, xalqımızın və Prezidentin unutmaması məni sevindirir. Gözləmirdim, zəng vurub jurnalistlər deyiblər. Çox sevindim. İnanın ki, sevincim, təəccübüm, minnət duyğum bir-birinə qarışıb. “Sağ olsun” deməkdən başqa bir şey gəlmir ağlıma. Yaşıma, sənətimə verilən dəyərə görə çox minnətdaram”,- deyə o bildirib.
O, Prezident İlham Əliyevlə görüşmək arzusunu da dilə gətirərək, bu günkü böyük diqqətin onu kövrəltdiyini də söyləyib.

Oxşar xəbərlər