Cəmiyyət
25-08-2023, 10:52
56 595
"Fire Land Production"un rəhbəri Cəlal Qurbanov məhkəməyə müraciət etdi
AYB nin üzvü, Vətənpərvər mahnıların söz yazarı, "Fire Land Production"ın rəhbəri Cəlal Qurbanov məhkəməyə müraciət edib.
Bu barədə Cəlal Qurbanov özü məlumat verib.
O, Xəzər Rayon Məhkəməsinə müraciət edərək barəsində yanlış informasiya dərc etmiş media subyektini məhkəməyə verdiyini deyib.
"Bir müddət öncə mənim obyektlərdən birinə basqın etməyim və obyekt sahibini döyməyim barədə məlumat yayılmışdı. Məlumatda qeyd olunmuşdu ki, guya Daxili İşlər Nazirliyi də mənim xuliqanlıq əməli törətdiyimi təsdiq edib. Həmin informasiya həqiqətə uyğun deyildi. Belə ki, sözügedən obyektdə payçılardan biriyəm. Orada iş birliyi etdiyimiz şəxslərdən biri ilə aramızda mübahisə yaranmışdı və ortaya həmin görüntülər çıxmışdı. Bu məlumat bir çox media qurumlarında yayımlanmışdı. Mən əlaqə saxlayıb vəziyyəti izah etdikdən sonra jurnalistlər anlayışla qarşıladılar və həmin yanlış məlumatı aradan qaldırdılar. Fürsətdən istifadə edib həmin media nümayəndələrinə təşəkkürümü bildirirəm. Lakin saytlardan biri həmin yanlışlığın aradan qaldırılmasından imtina etdi. Bildirdim ki, informasiya ilk yayan media qurumu, yəni istinad etdikləri sayt artıq həmin məlumatı silib. Mübahisə etdiyim şəxs də təkzib verərək aramızda sadəcə bir anlaşılmazlıq olduğunu qeyd edib. Odur ki, onlar da yazını silməlidirlər. Amma onlar bundan imtina etdilər. Yayımladıqları "Cəlal Qurbanov obyekt sahibini döydü" başlıqlı yazı sosial şəbəkələrdə haqqımda təhqiramiz şərhlərin yazılmasına səbəb oldu. Nəticədə insanlar məsələnin əslini bilmədən mənim barəmdə xoşagəlməz fikirlər səslədirməyə başladılar. Həmin media qurumunun rəhbərinə bundan narahatlığımı bildirsəm də, nəzərə almadı. Odur ki, yanlış informasiya yaymaqla şərəf və layəqətimin alçaldılmasına şərait yaratdığına görə həmin xəbər portalı barədə məhkəməyə müraciət etmişəm. Qeyd etmək istəyirəm ki, mən heç bir obyektə basqın etməmişəm, həmin paylaşılan video görüntülərin əvvəli var. Mən o mübahisədən 1 saat öncə digər otaqda işçilərlə iclas keçirmişəm. Onların narazılığını və problemlərini dinləmişəm. Və sonradan həmin obyektdə işə rəhbərlik edən və şərikimiz olan F.Əlizadə ilə işçilərin əmək haqları vaxtında ödənilmədiyi üçün mübahisə baş verib. Həmin işçilər hazırda da öz işlərini davam etdirirlər. Əmək haqlarını da o mübahisədən sonra vaxtında alırlar. Bir daha bildirmək istəyirəm ki, barəmdə də heç bir cinayət təqibi başlamayıb", - deyə C.Qurbanov qeyd edib.
"Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq", - o əlavə edib.