Bu əlamətlər körpənizdə varsa, düzgün inkişaf edir
25-08-2023, 18:30
64 178

Bu əlamətlər körpənizdə varsa, düzgün inkişaf edir

Körpənin inkişafının mühüm göstəricisi yetkin bir şəxsə gülümsəməsidir.
Unu rusiyalı psixoloq Nikolay Romanovski yerli KİV-ə müsahibəsində deyib. 
“Təxminən üç-dörd ayda uşaq yaxınlarının təbəssümünə cavab olaraq onlara gülümsəmək qabiliyyətinə malikdir - bu, psixoloji rifahın mühüm göstəricisidir. Bu, beyindəki mexanizmlər - güzgü və motor neyronlarının düzgün işi ilə izah olunur. Əgər uşaq sizə gülümsəməzsə, mütəxəssislərə müraciət etməlisiniz”, - Nikolay Romanovski bildirib.
Mütəxəssis uşaqlarda düzgün inkişafdan xəbər verən mühüm əlamətlərdən biri kimi körpənin tanış sima görərkən reaksiya verməsini qeyd edib: 
“Körpə tanış sima, məsələn, ananı görərkən gülümsəməyə, qollarını, ayaqlarını tərpətməyə və sevincini hər cür ifadə etməyə başlayır. Canlandırma kompleksi adlanan bu davranışlar 4-6 aylıq ikən olmalıdır. 
Romanovskinin fikrincə, normal inkişafla bağlı üçüncü mühüm əlamət isə təxminən beş aylıq dövrdə uşağın əşyaları götürməsi və onları manipulyasiya etməsidir. Məsələn, əşyanı əllərində bükmək və dadmaq - bu, uşağın kəşfiyyat davranışı deyilən anlayışdır.

Oxşar xəbərlər