Azərbaycan millisinin iki oyun üçün heyəti
4-09-2023, 11:21
1 350

Azərbaycan millisinin iki oyun üçün heyəti

AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.
AFFA-nın saytı xəbər verir ki, baş məşqçi Canni De Byazi düşərgəyə 26 futbolçu dəvət edib.
İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.
Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.
AD, SOYADKLUB
Şahruddin MəhəmmədəliyevQarabağ
Səlahət AğayevSəbail
Yusif İmanovSabah
Aleksey İsayevSabah
Amin SeydiyevSabah
Anton KrivotsyukDaejon Hana (Cənubi Koreya)
Bəhlul MustafazadəQarabağ
Bəxtiyar HəsənalızadəTuzlaspor (Türkiyə)
Coşqun DiniyevUmraniyəspor (Türkiyə)
Elvin BədəlovSumqayıt
Elvin CamalovSabah
Elvin CəfərquliyevQarabağ
Emil SəfərovQəbələ
Emin MahmudovNeftçi
Filip OzobiçNeftçi
Höccət HaqqverdiNeftçi
Mahir EmreliDinamo (Zaqreb, Xorvatiya)
Musa QurbanlıYurqorden (İsveç)
Ozan Can KökçüEyndhoven (Niderland)
Qismət AlıyevZirə
Rahil MəmmədovQarabağ
Ramil ŞeydayevBuriram Yunayted (Tailand)
Renat DadaşovQrasshopper (İsveçrə)
Rüstəm ƏhmədzadəZirə
Toral BayramovQarabağ
Yusif NəbiyevSəbail

Oxşar xəbərlər