İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, “Sumqayıt-Çörək” ASC Nazirliyinin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi - çörək istehsalı sahəsi açıb.
20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq iki çeşiddə 5 min ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.