Cəmiyyət
4-09-2023, 18:04
13 498
Nazir müavini sertifikasiyadan kəsilən müəllimlərdən danışdı
İlk növbədə bu gündən etibarən sertifikasiya qaydalarına əmək müqaviləsinə xitam verilməsinə başlanılıb.
Bunu sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.
"Bu, bizim üçün ağır xəbərdir. Təhsilin davamlılığı üçün bütün addımlar atılacaq. Həm məktəblərin daxili imkanları hesabına, həm də imtahandan yüksək bal yığanlar hesabına müəllimlər dərs deyəcək. Ardıcıl olaraq bir neçə mərhələdə müəllimlər yerləşdiriləcək. Bu həssas məsələdir. Bu, həm müəllimlərin nüfuzu və cəmiyyətdə yeri ilə bağlıdır. Qısa müddətdə yerli təhsil dairələrində kəsilən müəllimlərlə iş aparılacaq", - nazir müavini deyib.
O qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət 97 faiz olub: "Bu sevindirici haldır. Bu müəllimlərimizin özünəinamını göstərir. Prosesin uğurundan xəbər verir".