Generalın vəzifəsi polkovnikə həvalə olundu
4-09-2023, 18:08
13 499

Generalın vəzifəsi polkovnikə həvalə olundu

Fövqəladə Hallar Nazirliyində (FHN) struktur dəyişikliyi olub.
Nazir Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.
Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Oxşar xəbərlər