Cəmiyyət
6-09-2023, 13:37
1 145
HİDAYƏT ORUCOVUN doğum günüdür
Bu gün dəyərli ziyalımız, tanınmış tərcüməçi, yazıçı, publisist, görkəmli dövlət xadimi, parlaq bir həyat yolu keçmiş, Qərbi Azərbaycan ədəbi mühitində müstəsna rolu olan, hamımızın sevimlisi HİDAYƏT ORUCOVUN doğum günüdür. İrəvan Türk Cümhuriyyəti olaraq Hidayət müəllimi təbrik edirik. Ona uzun, sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayırıq!
Hidayət Orucov 1944-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra müəllim, sonradan “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləmişdir. 1968-1984-cü illərdə bu il 140 illiyi qeyd olunan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışmışdır. Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvan şəhərinin deyil, indiki Ermənistanın milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.1984-cü ildə Bakı şəhərinə köçərək “Gənclik” nəşriyyatının baş redaktorunun müavini və sonradan baş direktor, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri,1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri, 2005–2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir. 2006- 2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Hidayət Orucov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Onun əsərləri və məqalələri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Hidayət müəllim həm də tərcüməçi fəaliyyəti ilə də məşğul olmuşdur. İngilis, rus, island, türk, şotland, gürcü və s. dillərdən əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Gördüyü işlərə və fəaliyyətinə görə SSRİ, Azərbaycan, Dağıstan, Gürcüstan, Rusiya dövlətlərinin mükafatları ilə təltif edilmişdir.