Azərbaycanda Sığorta Agentliyinin lisenziyası LƏĞV EDİLİB
6-09-2023, 16:54
7 271

Azərbaycanda Sığorta Agentliyinin lisenziyası LƏĞV EDİLİB

“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığını nəzərə alınaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə ləğv edilib.

Oxşar xəbərlər