Cəmiyyət
1-04-2020, 17:43
322
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımı ordenlə təltif edib.
BAKI TV xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilsin."