Qarabağı tərk edən erməniəsilli sakinlərin sayı beş minə çatır - YENİLƏNİB
25-09-2023, 14:30
16 802

Qarabağı tərk edən erməniəsilli sakinlərin sayı beş minə çatır - YENİLƏNİB

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli şəxslərin sayı 4 850-yə çatıb.
Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
09:55
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli şəxslər Gorusda Mədəniyyət Mərkəzinə gediblər.
Burada onlar qeydiyyata alınır və sonra mənzillə təmin olunurlar.

08:42
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməniəsilli sakinlərin sayı 2906-ya çatıb.
Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.
Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.

Oxşar xəbərlər