Cəmiyyət
5-10-2023, 14:06
9 116
İlham Əliyev Qranada görüşündən niyə imtina etdi? - Deputat
"Fransa prezidentinin iştirakı ilə keçirilən görüşdən heç bir obyektiv, şəffaf, ədalətli yanaşma gözləmək olmaz".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan və Ermənistan liderlərinin, Fransa, Almaniya və Avropa İttifaqı formatında oktyabrın 5-də İspaniyanın Qranada şəhərində olması gözlənilən beştərəfli görüşdən Bakının imtina etməsinin səbəblərini şərh edərkən deyib.
"Azərbaycan Prezidenti Qranada görüşündən imtina edib. Bu da səbəbsiz deyil. Əsas səbəb odur ki, iştirakçı tərəflərdən biri, Fransa son dövrlər açıq birmənalı şəkildə Ermənistanı dəstəkləyir, ona silah sursat göndərməyin vacibliyini dilə gətirir. Fransanın XİN rəhbəri son dövrlər artıq 5-ci dəfədir ki, İrəvana gəlib və açıq məntlə Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. O hətta ölkəmizə Aİ-nin sanksiyaları ilə hədələyib. Fransa parlamentinin Azərbaycan parlamentilə dostluq qrupu fəaliyyətini dayandırıb. Bütün bu proseslərin Makron tərəfindən idarə edildiyini fransalı nazir və parlament rəhbərləri də gizlətmir. Belə vəziyyətdə Fransa prezidentinin iştirakı ilə keçirilən görüşdən heç bir obyektiv, şəffaf, ədalətli yanaşma gözləmək olmaz”, deyə Elman Nəsirov bildirib.

Deputat bildirib ki, Qranadadakı tədbirə Türkiyə də dəvət almayıb:
"Azərbaycan Prezidenti real vəziyyəti qiymətləndirərək, məlum addımı atıb. Azərbaycan dövlətinin atdığı bütün addımlar regionda sülh və təhlükəsizliyin formalaşması mənafeyinə xidmət göstərir”.
Həmsöhbətimiz bundan sonra danışıqlar formatının yalnız ikitərəfli müstəvidə aparılmasını ən ideal variant hesab edir:
"Burada Fransa və Almaniyanın iştirakına ehtiyac yoxdur. Proses Brüssel formatında Şarl Mişelin vasitəçiliyilə reallaşırdı. Sonradan Makron qapıdan deyil, pəncərədən prosesə daxil oldu və ardınca alman kanslerini də ora qoşdu. Bu təzyiq elementi idi. Ona görə də ideal variant ikitərəfli, Azərbaycan Ermənistan danışıqlarıdır. Brüssel variantına isə yalnız Şarl Mişelin vasitəçiliyi fonunda qayıtmaq olar”.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib. Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.