"Paşinyana Ruben Vardanyanın Ermənistana verilməsi maraqlı deyil" - Elman Nəsirov
5-10-2023, 16:51
8 870

"Paşinyana Ruben Vardanyanın Ermənistana verilməsi maraqlı deyil" - Elman Nəsirov

Azərbaycan 1997-ci ildən indiyə kimi qondarma Dağlıq Qarabağ Respublikasına rəhbərlik etmiş şəxsləri saxlayıb.
Hüquqşünaslar onlara ömürlük həbs cəzası veriləcəyini bildirsələr də, siyasi danışıqlar nəticəsində nəyinsə müqabilində sövdələşmə ehtimalını da istisna etmirlər.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, heç bir sövdələşmədən söhbət gedə bilməz. Terrorçu legitim tərəf sayılmır. O, beynəlxalq hüquq və saxlanılan ölkəninin qanunları çərçivəsində cəzalandırılır.
"Separatçılıq və terrorçuluq eyni zəncirin iki halqasıdır.Onlar bir-birinə o qədər sıx tellərlə bağlıdırlar ki, araarında fərqi görmək çox çətindir. Terrorçuluğun kökündə çox zaman separatizm dayanır. Terrorçuluğa qarşı beynəlxalq mübarizə konvensiyalarında terrorçu ilə danışıqlardan söhbət gedə bilməz. Heç bir halda terrorçu legitim tərəf sayılmır. O, beynəlxalq hüquq və saxlanılan ölkəninin qanunları çərçivəsində cəzalandırılır. 8 nəfər separatçı saxlanılıb. Ən qatı cinayətkarlar Bakıya gətirilib. Onlara qarşı istintaq prosesi başladılıb. Ən sərt cəzaya layiq görüləcəyi bəllidir. Heç bir sövdələşmədən söhbət gedə bilməz. Belə söhbətləri yayan da bizim əleyhdarlarımızdır. Azərbaycan dövlətçiliyini gözü götürməyən qüvvələrdir. Onlar hüquqi müstəvidən ən sərt cəzanı alacaqlar" ,- deyə deputat vurğulayıb.
O, Zəngəzur dəhlizini açılması qarşılığında separatçıların əfv olunma ehtimalına da münasibət bildirib:
"Zəngəzur dəhlizinin açılması daha çox Ermənistana lazımdır. Bu istiqamətdə bizim b planımız da var. Zəngəzur dəhlizini başqa ölkələrdən də keçirə bilərik. Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan çıxması, İran və Rusiya ilə nəqliyyat əlaqəsi deməkdir. Düşünürəm ki, Paşinyana Arayikin, Ruben Vardanyanın Ermənistana verilməsi maraqlı deyil. Vardanyan Paşinyanı devirib onun yerinə keçəcəyini bəyan etmişdi. Zəngəzur dəhlizi istənilən halda açılacaq. Separatçılarla sövdələşmədən söhbət belə gedə bilməz".
Qeyd edək ki, Ruben Vardanyan, Levon Mnatsakanyan, Davit Babayan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan, Ararat Melkumyan, Arşavir Qaramyan, Aleksandr Bordov, Davit Manukyan DTX tərəfindən saxlanılıb.

Oxşar xəbərlər