Məlahət Abbasova mərhum deputata dair paylaşım etdi: “Qənirəm”
6-10-2023, 14:43
24 317

Məlahət Abbasova mərhum deputata dair paylaşım etdi: “Qənirəm”

“Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə? Ağlama deyirsən… Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin”.
Bunu Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova məhrum millət vəkili Qənirə Paşayeva ilə bağlı "Instagram" hesabında deyib. 
“Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşəməmişdik, bağışla… “Məlahətli qonaqlar” verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat”, – deyə M.Abbasova qeyd edib. 

Oxşar xəbərlər