İsraildə həlak olan azərbaycanlı komanda rəisi imiş - TƏFƏRRÜAT (YENİLƏNİB)
9-10-2023, 14:30
15 504

İsraildə həlak olan azərbaycanlı komanda rəisi imiş - TƏFƏRRÜAT (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, İsraildə azərbaycan əsilli polis zabiti həyatını itirib.
Sözügedən hərbçi haqqında bəzi detalları əldə edib. Belə ki, Emin Axundov İsrail polisində komanda rəisi kimi xidmət edib. O, Beeri döyüşündə həlak olub. 
36 yaşlı mərhum polis zabiti İsrailin cənubundakı Ofakim şəhərinin sakini idi. O, dünən Beer Şeva hərbi qəbiristanlığında dəfn edilib. 
Mərhum evli idi, iki övladı var. 
Ağarza Elçinoğlu 
***13:51
İsraildə azərbaycan əsilli hərbçi həyatını itirib.
Bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, həlak olan İsrail ordusunun zabiti Emin Axundovdur. 
Məlumata görə, E.Axundov əslən Sumqayıtdandır.

Oxşar xəbərlər