Bakıda külək 22 m/s-dək güclənib - FAKTİKİ HAVA
9-10-2023, 15:01
15 572

Bakıda külək 22 m/s-dək güclənib - FAKTİKİ HAVA

Oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Oxşar xəbərlər