Cəmiyyət
12-10-2023, 15:31
9 598
"Gələcəkdə Xankəndidə ikinci parlament binasının tikilməsi istisna edilmir" - DEPUTAT
Məlum olduğu kimi, antiterror tədbirləri nəticəsində separatçı rəhbərliyinin təslim olmasından sonra Qarabağ iqtisadi rayonunun və erməni əhalisinin yaşadığı ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Hazırda mərkəzi hakimiyyətin bərpa olunması istiqamətində ciddi addımlar atılır. Məlum olduğumu kimi, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni əsilli sakinlər Xankəndi və digər əraziləri tək etdikdən sonra, Azərbaycanın bir sıra qurumları ərazidə öz fəaliyyətlərinə başlayıblar.
Xüsusilə onu qeyd etmək lazımdır ki, Milli Məclisin komitə iclasları bir neçə dəfə Qarabağda keçirilib. Komitə iclaslarının Qarabağda keçirilməsi Azərbaycanın parlamentarizm tarixinə veriləcək böyük töhfədir. Bu konteksdə Xankəndidə ikinci parlament binası tikilə bilər? Bununla bağlı deputat, siyasi şərhçi Elman Nəsirov açıqlama verib:
"Əvvəla onu qeyd edim ki, hər bir prosesin, atılacaq addımın öz zamanı var. Hadisələri nə sürərkəndirmək ya da yubandırmaq olmaz. Hesab edirəm ki, Azərbaycan parlamentinin ikinci binasının Xankəndidə tikilməsi bu günkü reallıqda xüsusi bir ehtiyac yoxdur. Məlum olduğu kimi, Ağdamda Qarabağ Universiteti açılacaq. Bundan əlavə, Qarabağdakı ermənilər, yəni separatçı rejim özlərinə bir parlament binası tikmək istəyirdi. Tikmək istədikləri o parlamentin binası Azərbaycan tərəfindən istifadə olunur. Ona görə də düşünürəm parlament səviyyəsində komitə iclasları söhbət burada 15 komitədən gedir. Hər birinin iclasları bir neçə dəfə Şuşa şəhərində keçirilib. İstisna deyil ki, gələcəkdə Xankəndidə parlamentimizin iclasları, hətta plenar iclas keçirilsin. Amma növbəti binasının tikilməsi hələki xüsusi bir ehtiyac, lüzum yoxdur. Bayaq bildirdiyim ki, söhbət bugünkü reallıq çərçivəsindən gedir. Amma təbii ki, buda istisna deyil. Gələcək şəraitə adekvat olaraq təhlükəsizlik məsələləri tam təmin edildikdən sonra belə bir addım atıla bilər. Bununla yanaşı, Xankəndiyə azərbaycanlıların köçürülməsi reallaşdıqda parlamentin iclasları ayrı-ayrı keçirilə bilər".