
Cəmiyyət
16-10-2023, 17:32
9 284
Gözə kül üfürən QƏTNAMƏLƏR - Nikolun Fransaya inamı onları uçuruma aparacaq
“Avropada anti-Azərbaycan ab-havası höküm sürür və bunu yaradanlar ölkəmizin əleyhinə kampaniyalarını davam etdirir. Elə bunun nəticəsidir ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı hədəfə almaqla ölkəmizin ünvanına təhdidlər səsləndirirlər. Əvvəlcə Avropa Paralmentində, daha sonra isə Avropa Şurasında Azərbaycan əleyhinə qəbul edilən qətnamələr Qərbin ikili standartlarından xəbər verir”.
Bunu açıqlamasında millət vəkili Elman Nəsirov deyib: “Bu, təzə hadisə deyil. AŞPA-nın dəfələrlə Azərbaycana qarşı ikili standartlardan çıxış edən mövqeyini görmüşük. İndiki halda bir sinxronluq da diqqətdən yayınmır. Həm Avropa Parlamenti, həm də AŞPA eyni vaxtda Azərbaycana qarşı belə qərəzli mövqe ortaya qoyur, qətnamə qəbul edir.
Bunlar hamısı onu göstərir ki, bu təşkilatlar sanki dirijor çubuğu ilə eyni mərkəzdən idarə olunur. Həmin dirijorun Fransa olması heç kəsə sirr deyi. Fransa həm Avropa Parlamentində, həm də AŞPA-da anti-Azərbaycan qərarlarının qəbul edilməsinin təşəbbüskarıdır. Və Azərbaycanın qazandığı tarixi uğurlar onların yuxusuna haram qatıb.
Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda tam və qəti olaraq suverenliyini təmin etməsilə heç cür barışa bilmirlər. Azərbaycanın bütün bunları diplomatik danışıqlar yolu ilə yox, güc yolu ilə həll etməsi də onları narahat edir. Ona görə də AŞPA-da oturan anti-Azərbaycan siyasi dairələri, Avropa Parlamentindəki oxşar dairələr Azərbaycana qarşı belə addımlar atırlar.

Bunlar hamısı onu göstərir ki, bu təşkilatlar sanki dirijor çubuğu ilə eyni mərkəzdən idarə olunur. Həmin dirijorun Fransa olması heç kəsə sirr deyi. Fransa həm Avropa Parlamentində, həm də AŞPA-da anti-Azərbaycan qərarlarının qəbul edilməsinin təşəbbüskarıdır. Və Azərbaycanın qazandığı tarixi uğurlar onların yuxusuna haram qatıb.
Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda tam və qəti olaraq suverenliyini təmin etməsilə heç cür barışa bilmirlər. Azərbaycanın bütün bunları diplomatik danışıqlar yolu ilə yox, güc yolu ilə həll etməsi də onları narahat edir. Ona görə də AŞPA-da oturan anti-Azərbaycan siyasi dairələri, Avropa Parlamentindəki oxşar dairələr Azərbaycana qarşı belə addımlar atırlar.
Amma onların bu sənədləri bizim üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Bu günlərdə Ermənistanın tanınmış blogerləri məlum vəziyyətlə bağlı Avropa Parlamentinin, AŞPA-nın qərarları ilə bağlı şərhlərində bir narahatlıq ifadə etdilər. Onlar açıq şəkildə Fransanın bu təşəbbüslərini qınayırlar. Deyirlər ki, “Fransanın Avropa Parlamentində qəbul etdirdiyi anti- Azərbaycan qətnaməsinin bizə nə faydası var? Onlar söz yığnağından başqa bir şey deyil. Bu qətnamələr Azərbaycanın mövqeyinə təsir edə bildimi, hərbi əməliyyatların qarşısını ala bildimi? Yox, almadı. Ona görə də bizim üçün bu, gözə kül üfürməkdən başqa bir şey deyil. Fransaya inamımız bizdə arxayançılıq sindromu yaratdı. Ona görə də erməni xaqlı ağlını başına yığıb Azərbaycanın yaratdığı reallıqları qəbul etməlidir. Əks halda bizi qarşıda sürpirizlər gözləyə bilər”.Bu erməni bloggerlərinin gəldikləri nəticələrdir. Ona görə də hesab edirəm ki, nə AP-nin, nə də AŞPA-nın qərarları bizim üçün heç bir dəyərə malik deyil. Sadəcə kağız parçasıdır. Rusiya sülhməramlılarının Qarabağ ərazisində qalıb-qalmayacağını şərh edən millət vəkili bildirib ki, sülhməramlıların Qarabağı tərk etməsinin son müddəti 2025-ci il göstərilib: “Hadisələrin gedişatı göstərir ki, onların müşahidə məntəqələrinin, postlarının sayı getdikcə azalmağa başlayır. Qarabağda ermənilərin sayı yox səviyyəsindədirsə, o zaman sülhməramlıların qalmasına lüzum qalmır. Qarabağda erməni yoxdursa, onlar orada nə işlə məşğul olacaq?
Ancaq Rusiya sülhməramlı qüvvələrinin 2025-ci ilə qədər qalacağını şərtləndirən bir amil ola bilər, o da Qarabağı tərk edən müəyyən sayda erməni əhalisidir. Hesab edirəm ki, daha çox yaşlı insanlar, təqaüdçülər geri qayıtmaq istəyəcəklər. Belə vəziyyətdə yenə də bir müddət onların təhlükəsizlik məsələsini əsas gətirərək sülhməramlı qüvvələr qala bilər.Amma Azərbaycan dövləti orada qalanların və yaxud geri qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi ilə bağlı tam təminat verib. Prezident İlham Əliyev də dəfələrlə bunu qeyd edib. Belə vəziyyətdə istisna deyil ki, sülhməramlılar daha tez Qarabağ ərazisindən çıxa bilər. Çıxmasa da, onların sayı kəskin şəkildə azalacaq. 2025-ci il də onların son müddətidir və ərazini tərk edəcəklər”.
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 20 ili tamam oldu. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycanın dövlət bayrağını qaldırması məhz tarixə günə təsadüf etdi: “Prezident İlham Əliyev Xankəndidə çıxışında vurğuladı ki, 2003-cü ilin oktyabr ayının 15-də prezident seçildikdən sonra özünə, xalqına söz vermişdi ki, mütləq bizim ərazi bütövlüyümüz təmin ediləcək və Azərbaycan bayrağı Qarabağın bütün ərazisində dalğalanacaq. Cənab Prezident özü də vurğuladı ki, qazanılan uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik dayanır və həmin siyasəti həyata keçirərək Azərbaycan inkişaf etdi, güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Gənc nəsildə yüksək ruh formalaşdırıldı.Nəticə isə göz qabağındadır. Zəfər tarixi yazıldı. Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə və digər işğaldan azad edilən ərazilərimizdə bayrağımızın qaldırılması labüd idi. Çünkü son 20 il ərzində Azərbaycan prezidenti gecə-gündüz bu amal uğrunda mübarizə aparırdı. Özünün də dediyi kimi, Cənab Prezidentin sözü imzası qədər gücə malikdir. Ona gərə də hər bir azərbaycanlı öz prezidenti ilə qürur duyur”.