AFFA klub direktorunu cəzalandırdı
18-10-2023, 17:59
14 851

AFFA klub direktorunu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
II Liqanın VII turunun “Kürmük Qax” – “Şəfa” oyunu barədə qərarlar qəbul olunub. Oyun bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanıb, “Kürmük Qax” klubu 400 manat cərimə edilib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Oxşar xəbərlər