“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat
23-12-2020, 14:33
191

“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat

Vətən müharibəsindəki qələbəmizdən sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Yeni İl şənliklərinin keçirilməsi ilə bağlıdır. Həm koronavirus pandemiyasına, həm də Qarabağ uğrunda can qoyan Vətən oğullarının ruhuna sədaqət naminə əksəriyyət bu il şənliklərin baş tutmasının, o cümlədən şəhərdə şam ağacı və digər dekorativ bəzəklərə yer verilməməsinin tərəfdarıdır.
Milli Məclis deputatı Aydın Mirzəzadə də bu dəfə Yeni İli sakit qarşılamağa üstünlük verənlərdəndir. Belə ki, millət vəkili öz sosial şəbəkə hesabında bu il yolka qurmayacaqlarını, bunun doğru olmadığını diqqətə çatdırıb.
"Şəhidlərimiz olan zaman şənlik keçirməzlər",-deyə deputat əlavə edib.

Oxşar xəbərlər