“Paşinyan Rusiya stulundan imtina edib“ - Elman Nəsirov
25-10-2023, 18:08
15 904

“Paşinyan Rusiya stulundan imtina edib“ - Elman Nəsirov

Millət Vəkili Elman Nəsirov Ermənistan və Rusiya arasındakı gərginliklə bağlı müsahibə verib.
Onun sözlərinə görə:
'Ermənistan Rusiya münasibətləri özünün ən kritik mərhələsini yaşayır. Tərəflər bir-birləri ilə artıq açıq  ittihamdan belə çəkinmirlər. Əvəllər Ermənistan Baş naziri Nikol Paşinyan eyni vaxtda 2 yaxud 3 stulda əyləşmək siyasətini həyata keçirirdisə, artıq üzərində əyləşdiyi Rusiya stulundan imtina edib. Sanki ayağı ilə itələyib, onu yıxıb, özü üçün yeganə stul qismində Qərbi görür, Amerika Birləşmiş Ştatları görür, Fransanı görür. Təbii ki, bu reallıqlarla çıxış edərək antiterror siyasəti rəsmi İrəvanın davranışında aydın şəkildə özünü göstərməkdədir. Əvvəllər biz onun ayrı-ayrı elementlərindən danışırdıqsa indi bütün dövlətin siyasətində bu aydın şəkildə özünü büruzə verməkdədir. Xüsusilədə nəzərə alsaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bu təşkilatın Ermənistanın özündə hərbi təlimlər keçməsinin qarşını alır, ona yox dedi. Bundan daha əvvəl Ermənistan yenədə üzvü olduğu bu hərbi siyasi təşkilatın toplantısında yekun sənədin qəbuluna qarşı çıxdı, ona yox dedi. Ancaq bunun ardınca bu illəri ABŞ-larının silahlı qüvvələri ilə birlikdə hərbi təlimlər keçirirdi. Söhbət sadəcə ABŞ-dan getmir, o dövlətdən ki artıq Rusiya ilə münasibətləri rəqabət və rəqiblik münasibətləri kimi deyil: düşmən münasibətləri kimi xarakterizə olunur. Hələ bu az imiş kimi artıq Ermənistan Fransa ilə də əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmağı niyyətini ortaya qoyub. Tək niyyətini ortaya qoymayıb: bu istiqamətdə real addımlar atmağa başlayıb. Belə ki, Ermənistanın müdafiə naziri oktyabr ayının 23-də Fransalı həmkarı ilə birlikdə Hərbi Texniki Əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Və bu sənədin imzalanması onu ifadə edir ki, Kollektiv Təhlükəsizlik Müqavilənin Təşkilatın üzvü olan Ermənistan NATO üzvü olan Fransa ilə hərbi texniki əməkdaşlığa başlayıb. Hesab edirəm ki, sözün həqiqi mənasında Rusiya üçün bir çağırışdır. Nəzərə alsaq ki, bu gün Rusiya- Fransa münasibətləri özünün ən mürəkkəb dövrünü yaşayır. Bu münasibətlərdə elə düşmənçilik münasibətləri kimi xarakterizə oluna bilər. Yəni Rusiyanın müttəfiqi, həmdə hərbi müttəfiq sayılan təkcə Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatı çərçivəsində deyil həm də ikitərəfli formalı müttəfiqi sayılan Ermənistan Kremlin düşmənləri ilə ən sıx münasibətdədir. Təsadüfi sayılmamalıdır ki, Rusiyanın BNZ kanalında da Paşinyanın siyasətini çox kəskin edən verlişlər göstərməkdədir. Və antiterror Rusiya ritorikasına qarşılığında Moskvada daha sərt addımlar atmağa başlayıb və bu hələki informasiya cəbhəsində özünü göstərməyib. İstisna deil ki, digər sahələrdə də özünü büruzə etsin. Və bunun qarşılığında da Ermənistan Rusiyanın bu ölkədəki səfirini daha dəqiq desək Ermənistanın Xarici İşlər Nazirinı Rusiyanın bu ölkədəki səfirinə bir nota təqdim edib. Bu bir-birinə qarşı nota ittihamı deməkdir. Çünki daha əvvəl Moskva analoji addım atmışdır.  Artıq fikir versək  Ermənistanın davranışı heç də Rusiyanın düşmənlərinin Moskvaya olan davranışından seçilmir. Belə bir vəziyyətdə hesab edirəm ki, qarşıdan qış fəsli gəlir və Rusiyanın Ermənistana qarşı çox ciddi iqtisadi təziq vasitələrini işə salacağı istisna deyil. Bu proqnazlaşdırılandır. İqtisadi təziqlər isə daha iri miqyaslı, daha təsirli təziqlərin başlanğıc nöqtəsi hesab oluna bilər.  Hərbi təyziqlərin olacağıda istisna deyildir"- deyə vurğulayıb.

Oxşar xəbərlər