Cəmiyyət
1-11-2023, 13:53
7 202
“Azərbaycana qərəzli münasibət Aİ-nin bir sıra planlarını alt-üst edə bilər” - RƏY
“Azərbaycana qərəzli münasibət Avropa İttifaqının bir sıra planlarını alt-üst edə bilər”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Brüsselin Bakıya münasibətindən danışarkən bir suala cavab vermək lazımdır: “Azərbaycan Avropa üçün son dərəcə böyük əhəmiyyət daşıyır, yoxsa əksinə? Fikrimcə, bu sualın ən dəqiq və dürüst cavabı Brüsselin Azərbaycana böyük ehtiyacının olmasıdır. Sirr deyil ki, Rusiya ilə müharibədə olan kollektiv Qərbin tərkib hissəsi kimi Avropa İttifaqı ölkələri çox ciddi enerji böhranı yaşayırlar. Özlərinin qaza olan tələbatının təxminən 40 faizini, 150 milyard kubmetrini Rusiyanın hesabına ödəyən Avropa İttifaqı ölkələri indi bu sahədə ciddi problemlə üz-üzə qalıblar. Bu baxımdan, ölkəmizi ittifaq dövlətləri üçün yeni alternativ enerji mənbəyi kimi qiymətləndirirlər. Məhz Aİ rəhbərliyi səviyyəsində Azərbaycandan 2027-ci ilə qədər Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılması xahiş edilib. Bu xahiş bizə aid deyil, məhz Brüsselin təkidli xahişidir və 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazını almaq üçün növbədə dayanıb”.

Deputat bildirib ki, Avropa İttifaqında işğalçıya açıq şəkildə dəstək verən və Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyan Fransa, həmçinin onun əlaltısı olan dövlətlər var: "Fransa Ermənistanı silahlandırmaq yolunu seçib. Bu eyni zamanda revanşizmə dəstək, Üçüncü Qarabağ müharibəsinə Ermənistanı təhrik etmək deməkdir. Nəzərə alsaq ki, Fransa Avropa İttifaqının siyasi qanadında əsas dövlətdir və həmin əsas dövlətlərdən biri hazırda Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün deyil, müharibənin başlanması üçün çalışır. Unutmaq olmaz ki, Fransa həm də ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edib və guya bu münaqişənin həllinə töhfə vermək öhdəliyi götürmüşdü. Reallıq isə tamamilə başqa həqiqəti diqtə edir. Brüsselin Azərbaycanla münasibətlərdə qeyri-səmimi davranışı onun Mərkəzi Asiya ilə münasibətlərinə təsirsiz ötüşmür. Rəsmi Brüssel də yaxşı bilir ki, Avropa İttifaqının strateji maraqlarının Mərkəzi Asiya regionunda təmsilçiliyi üçün Azərbaycan faktoru önəmlidir. Azərbaycana qərəzli münasibət ittifaqın sözügedən regionundakı planlarını da alt-üst edir”.
E.Nəsirov vurğulayıb ki, Azərbaycan Avropadan gələn bu təzyiqlərə adekvat cavab vermək qabiliyyətindədir: “Heç kim bizimlə diqtə dili ilə danışa bilməz. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranada və Brüsselə səfərlərini təxirə salıb. Çünki həmin səfərlərdə Azərbaycana qarşı qərəzli addımların atılması gözlənilirdi. Azərbaycan Prezidenti həmin səfərləri təxirə salmaqla dövlətimizin prinsipial və qətiyyətli mövqeyini ortaya qoyub”.